2022-ci ilin yeni texnologiyaları təqdim edilib - Sərgi keçirilib

10:53 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Dünyanın aparıcı sərgilərindən biri olan “CES 2022” başlayıb.

ABC.AZ-ın xarici KİV-ə istinadən məlumatına görə, məhsulların təqdimatı ABŞ-ın Las-Veqas şəhərində baş tutub.

Pandemiya səbəbindən “Apple” kimi şirkətlər “CES 2022”də iştirak etməkdən imtina edib.

Sərgidə ABŞ-ın məşhur “Sengled” şirkəti müxtəlif funksiyalar vasitəsilə otaqdakı insanlara sağlamlıqları haqqında məlumat verə bilən ağıllı lampaları təqdim edib.

Bu lampalar ürək döyüntülərini, bədən istiliyini izləyə bilir. “Deere” traktor şirkəti isə dünyanın ilk sürücüsüz traktorunu təqdim edib.

Kənd təsərrüfatında əhəmiyyətli dərəcədə köməyi olacaq bu traktor GPS, kamera və süni intellektlə təchiz edilib.

 

Bütün xəbərlər