Qazaxıstanda məmurların 5 il maaşları artmayacaq - Qərar

11:53 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Qazaxıstanda nazirlərin, vilayət rəhbərlərinin və deputatların maaş artımı 5 illik müddətə dondurulur.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev parlamentdə çıxışı zamanı bildirib.

O, həmin kateqoriyadan olan dövlət qulluqçularının maaşlarının kifayət qədər yüksək səviyyədə olduğu üçün bu addımı atdığı vurğulayıb.

 

Bütün xəbərlər