Müdafiə nazirliyi partlayış səsləri ilə bağlı məlumat yaydı

13:57 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

ABC.AZ, xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur.

 

Bütün xəbərlər