Pandemiya ilə mübarizə aparan tibb işçilərinə nə qədər vəsait ödənilib?

14:15 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 2021-ci ilin müvafiq ayları üzrə 12.4 milyon manata yaxın müddətli əlavə, mükafat və birdəfəlik mükafat ödənilib.

ABC.AZ-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci ilin oktyabr və noyabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 8.9 milyon manatdan çox, qeyri-tibb işçilərinə isə 1.9 milyon manata yaxın müddətli əlavə ödənilib.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin oktyabr və noyabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4056.70 manat məbləğində müddətli əlavə ödənilib.

Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, oktyabr və noyabr ayları üzrə 2250 manat məbləğində mükafat ödənilib.

Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

 

Bütün xəbərlər