"AzərSpace1" peyki bundan sonra 9 il istifadə ediləcək

14:26 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. "AzərSpace1" peyki bu günə qədər qoyulan investisiyaların 80%-ni çıxarıb.

ABC.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kosmik Agentliyin sədri Saməddin Əsədov deyib.

O, əlavə edib ki, peyk qarşıdakı 9 ildə də bu fəaliyyəti davam etdirəcək:

"İlk peykə 230 milyon ABŞ dolları investisiya yatırılmışdı. Peykin istifadə müddəti 17 ildir və onun artıq 8 ili geridə qalıb. Hələ qarşıdakı 9 ildə də bu peykin xidmətlərindən istifadə edəcəyik".

 

Bütün xəbərlər