İran Azərbaycanla sərhədləri açdı – Detallar

11.01.2022,16:58


11 yanvar, Fineko/abc.az. İran qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini yenidən açıb.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi məlumat verib.

O deyib ki, koronavirusun Omicron ştamına görə 15 gün öncə bağlanan sərhədlər yenidən açılıb və qonşu ölkələrin vətəndaşları İrana gediş-gəliş edə bilər.

Nazir qeyd edib ki, İrana səfər üçün qonşu ölkələrin vətəndaşları PCR testi verməlidir.

Qeyd edək ki, COVID-19 infeksiyasının Omicron ştamına yoluxma hallarının artmasına görə ötən il dekabrın 25-də İran Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədlərini 15 gün müddətinə bağlamışdı.