İki şəhər və bir rayonda pensiyalar artımla ödənildi

17:10 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.

 

Bütün xəbərlər