AZTV yenə də zərər edib? - Hesabat

11:18 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2020-ci ili 1,819 milyon manat xalis zərərlə başa vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 30% azdır.

2020-ci ildə AzTV-nin gəlirləri 34,369 milyon manat (2019-cu illə müqayisədə 0,4% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 33,983 milyon manat (3,2% çox), birja əməliyyatlarından gəlirləri 385 min manat (28,8% az), sair əməliyyat gəlirləri isə 2 min manat (414 dəfə az) təşkil edib. İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36,163 milyon manat (1,6% az), o cümlədən sərf etdiyi materialların dəyəri 698 min manat (31,4% az), əmək haqqı xərcləri 20,574 milyon manat (8,2% çox), amortizasiya xərcləri 4,524 milyon manat (6,7% az), sair əməliyyat xərcləri isə 10,366 milyon manat (12,6% az) təşkil edib.

Bütün xəbərlər