Airbus şirkəti təyyarə tədarükünü artırıb – 8 faiz çoxalma var

12:13 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. Fransanın “Airbus” şirkəti 2021-ci ildə kommersiya təyyarələrinin tədarükünü 8 % artıraraq 611-ə çatdırıb.

ABC.AZ xəbər verir ki, bu məlumatı şirkətdən bildiriblər.

Qeyd olunub ki, 2021-ci ilin sonuna qədər 7 082 təyyarə sifarişi qəbul edilib.

Belə ki, “Airbus” koronavirus pandemiyasından sonra hava nəqliyyatında davamlı artıma inanıb və dünyanın hər yerindən xeyli sayda sifariş alıb. Fevralda şirkət 2021-ci ilin maliyyə göstəricilərini açıqlayacaq. Şirkətin səhmlərinin 0,25 % bahalaşması gözlənilir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər