Azərbaycan ilə Rusiya arasında salınacaq avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib

16:30 - 18.10.2017


Bu gün, Samur çayı üzərindən avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin məlumatında deyildiyi kimi, mərasimdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov iştirak ediblər.

“Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsinin və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqələrinin ərazisində həyata keçirilib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, yol iki hərəkət zolağından ibarət olacaq. Körpünün uzunluğu 325,3 m, eni 17,3 m, seysmik dayanıqlığı isə 10 bal təşkil edəcək.


Bütün xəbərlər