Sumqayıt Texnologiyalar Parkı "Caucasus Build 2018" beynəlxalq sərgisində iştirak edəcək

25.04.2018,15:10


25 aprel, Fineko/abc.az. “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) “Caucasus Build 2018” 22-ci Beynəlxalq İnşaat və Dizayn Sərgisində iştirak edəcək.

STP-in məlumatında deyilir ki, sərgi Tbilisidə 26-29 aprel tarixlərində keçiriləcək.

“Sərgidə Sumqayıt Texnologiyalar Parkı “Made in Azerbaijan” brendi altında istehsal etdiyi inşaat materiallarını, o cümlədən müxtəlif kabellər, kabel kanalları, plastik borular, alüminium profillər, polikarbonat, armatur və sairə məhsullarının nümunələrini nümayiş etdirəcək”, - məlumatda belə deyilir.