Bu ölkədə maaşlar buğda ilə veriləcək

15:08 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. Əfqanıstandakı “Taliban” hökuməti “buğda ilə maaş ödəmək” proqramının miqyasının genişlənəcəyini deyib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.

Əfqanıstanın idarəetmə və maliyyə nazirinin müavini Fazil Bari Fazlı buna maliyyə çətinliklərinin səbəb olduğunu deyib. O, buğdanın Pakistan və Hindistandan gətirildiyini bildirib.

Qeyd edək ki, maaaşların buğda ilə ödənməsi ilk dəfə oktyabr ayında tətbiq edilmişdi.

O zaman Kabildə işləyənlərin hər birinə gündəlik 10 kilo, mühəndislərə isə 16,5 kilo buğda verilirdi.

 

Bütün xəbərlər