“Boeing” yenə də liderdir - Ötən il 900-dən çox sifariş alıb

16:07 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. Ötən il Dünyanın ən nəhəng şirkətlərindən olan “Boeing” 2021-ci ildə 909 sifariş alıb, 340 təyyarə təhvil verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın təyyarə istehsalçısı olan “Boeing”in ötən il əsas rəqibi - Fransanın “Airbus” şirkəti isə 771 sifariş alıb, 611 təyyarə təhvil verib.

Beləliklə, “Boeing” sifarişlərinin sayına görə “Airbus”ı geridə qoysa da,  Fransa şirkəti çatdırılmada liderliyini qoruyub saxlayıb.

 

Bütün xəbərlər