Rusiyada mənzillərin qiyməti 30 faiz bahalaşıb

16:23 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. 2021-ci ildə Rusiyada ilkin mənzil bazarında qiymətlər orta hesabla 30% artıb.

ABC.AZ xəbər verir ki, bu məlumat 300 min nəfərdən çox əhalisi olan 70 şəhərdə aparılan "Mənzillər dünyası" federal portalının araşdırmasında yer alıb.

“Yeni binaların qiymətləri Rusiyanın böyük şəhərlərində orta hesabla üçdə bir artaraq daha bir rekord qırıb. Bütövlükdə ölkədə yeni tikililərdə kvadrat metrin orta qiymət 93,563 rubl / kv. m (ildə + 32,3%), mənzilin orta qiyməti 5,13 milyon rubl (+ 28,1%) olub", - araşdırmada qeyd edilib.

 

Bütün xəbərlər