Prezident İlham Əliyev çörəyin qiymətindən danışıb

10:37 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yanvarın 12-də Prezident İlham Əliyev yerli telekanallara müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, müsahibə zamanı dövlət başçısı çörəyin qiymətinin bahalaşmasına da toxunub.

İ.Əliyev qeyd edib ki, prinsip etibarilə bizim siyasətimizin təməlində, mərkəzində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir:

"Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verirdi ki, biz iqtisadi islahatları uğurla həyata keçirək. Ötən il qəbul edilmiş qərarın məqsədində bu amil dayanır. Çünki çörəyin qiymətinin qalxması qaçılmaz idi".

Bütün xəbərlər