İnsanların nə vaxt öləcəyini hesablayan tətbiq hazırlanır

15:10 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. “Ölüm kalkulyatoru” adlanan yeni tətbiq istifadəyə veriləcək.

ABC.AZ-ın məlumatına görə, sözügedən tətbiq vasitəsi ilə ölüm vaxtı və sağlam ömür haqqında məlumat əldə etmək mümkün olacaq.

Belə ki, “ölüm kalkulyatoru” nə vaxt öləcəyinizi və həyatınızın nə qədər sağlam olacağını proqnozlaşdırır.

Bir çox alqoritm əsasında hazırlanan hesablayıcı sağlamlıq sığortaçıları üçün nəzərdə tutulub.

İnsanların həyat tərzlərinə və sağlamlıq tarixlərinə baxaraq uzun və sağlam bir həyat tərzi ilə bağlı tövsiyələr vermək infrastrukturuna malikdir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər