İlham Əliyev Kiyevə gedəcək - Bu tarixdə

16:23 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev Ukraynaya səfər edəcək.

ABC.AZ-ın məlumatına görə, bu barədə məlumatı Ukrayna dövlət başçısının Mətbuat xidməti yayıb.

Bildirilir ki, yanvarın 14-ü Kiyevdə İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olacaq.

Məlumata əsasən, səfər Zelenskinin dəvəti ilə həyata keçirilir. Belə ki, Ukrayna Prezidenti ötən ilin dekabrında Brüsselə səfəri zamanı İlham Əliyevlə görüşdə onu Kiyevə səfərə dəvət edib.

 

Bütün xəbərlər