Özəlləşdirmədən dövlət büdcəsinə nə qədər pul daxil olub? - Bir ilin hesabatı

16:39 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. Ötən il özəlləşdirmədən dövlət büdcəsinə 112,7 milyon manat vəsait ödənilib.

ABC.AZ xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak üçün yaradılan geniş imkanlar prosesin sürətlənməsinə və investisiyaların cəlb olunmasına istiqamətlənib. 2021-ci ildə 59 hərrac keçirilib.

Hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 35 kiçik dövlət müəssisəsi, 4 yarımçıq tikili və 249 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 93 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma reallaşıb.

Yerin təkinin daha səmərəli istifadəsi məqsədilə ilk dəfə olaraq 2021-ci ildən keçirilməyə başlayan hərraclar vasitəsilə ümumilikdə 29 faydalı qazıntı yatağı istismara verilib.

 

Bütün xəbərlər