Bu şirkətin nizamnamə kapitalı yenə artırıldı

12:29 - 14.01.2022


14 yanvar, Fineko/abc.az. Bakının Qala və Bilgəh qəsəbələrində badam bağları salan “Azbadam” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

ABC.AZ xəbər verir ki, çərəz istehsalçısının nizamnamə kapitalının həcmi 14 750 000 manat artırılıb.

Bununla da nizamnamə kapitalı 25 700 005 manat olub. Qeyd edək ki, şirkət 2016-cı ildə yaradılıb.

 

Bütün xəbərlər