Azərbaycanlılar ötən il Türkiyədə neçə mənzil alıblar?

15:06 - 14.01.2022


14 yanvar, Fineko/abc.az. 2021-ci ilin yanvar-dekabr aylarında (12 ay ərzində) azərbaycanlılar Türkiyədə 1517 mənzil alıblar.

ABC.AZ-ın məlumatına görə, 2020-ci il ildə azərbaycanlılar Türkiyədə 1279 mənzil almışdılar. Belə ki, təkcə dekabrda azərbaycanlılar tərəfindən 192 mənzil alınıb. Noyabrda azərbaycanlılar tərəfindən 185 mənzil alınmışdı.

Soydaşlarımız Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, mart ayında 106 mənzil, aprel ayında 131 mənzil, may ayında 47 mənzil, iyun ayında 164, iyul ayında 127 mənzil, avqust ayında 138 mənzil, sentyabr ayında 162 mənzil, oktyabr ayında 120 mənzil, noyabr ayında 185 mənzil, dekabr ayında 192 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95, 35, 42, 70, 115, 154,183,137, 104  və 155 mənzil olmuşdu.

Müəllif: Elmir Murad

Bütün xəbərlər