Muzdla çalışanların sayı artıb - Statistika

16:45 - 14.01.2022


14 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ölkədə muzdla çalışanların əmək haqqısı barədə məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olmuşdu.

2021-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və ya 1,2 faiz artaraq 1 milyon 704,9 min nəfər olmuş, onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Bütün xəbərlər