Azərbaycanın iş adamları 186 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatı aparıb

17:30 - 14.01.2022


14 yanvar, Fineko/abc.az. 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə 117 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal həyata keçirilib. 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 746,3 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 20 milyard 336,4 milyon dollarını və ya 66,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 409,9 milyon dollarını (33,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 9926,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 40,7 faiz, real ifadədə 0,8 faiz, o cümlədən ixrac 10,4 faiz artıb, idxal isə 11,2 faiz azalıb.

 

Bütün xəbərlər