Onların gəliri gündə 1,3 milyard dollar artıb - Siyahı

14:21 - 17.01.2022


17 yanvar, Fineko/abc.az. "Oxfam" təşkilatı dünyanın ən varlı adamlarının adlarını və sərvətini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə,  İlon Musk və Ceff Bezos da daxil olmaqla dünyanın 10 ən varlı adamının sərvətləri pandemiyanın başlanğıcından bəri iki dəfə artırıb.

Belə ki, onların sərvəti əmlak və səhm qiymətlərinin artması ilə 1,5 trilyon dollara çatıb. Ultra varlılar dövlətin stimullaşdırıcı paketlərinin dəstəyi ilə sərvətlərini artırarkən, daha 163 milyon insan yoxsulluq həddinin altında yaşamağa başlayıb.

Tesla-nın qurucusu İlon Maskın və digər 9 milyarderin gəlirlərinin isə gündə 1,3 milyard dollar artdığı bildirilib.

Sərvətinin ən çox artdığı adlar Teslanın qurucusu İlon Mask, Amazonun qurucusu Ceff Bezos və  LMVH şirkətinin baş direktoru, fransız iş adamı Bernard Arnaultdur.

Maskın sərvəti pandemiyanın ilk 20 ayında 10 dəfə artaraq 294 milyard dollara çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər