Azərbaycanda 21 bank bağlanma prosesindədir - Siyahı

17.01.2022,17:15


17 yanvar, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu banklar üzrə 115 151 kredit olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə ADIF məlumat yayıb.

Məlumata görə, bunlardan 45 770-i məhkəməyəqədərki, 9 127-si məhkəmə, 60 254-ü isə icra statusundadır.

Xatırladaq ki, hazırda Azərbaycanda 21 bank ləğv prosesindədir. Bunlar "AG Bank", "Amrah Bank", “Atabank”, "Atra Bank","Bank of Azerbaijan", "Borçalı Bank”, "Evro Bank", "Kredo Bank", "Royal Bank", "Bank Tehnique", "Yunayted Kredit Bank", "Zamin Bank”, "Azərbaycan Kredit Bankı", "Birlik Bank", "Debüt Bank", "Deka Bank", "Dəmir Bank", "Gəncə Bank" "NBC Bank" və "Qafqaz İnkişaf Bankı" ASC-lər, "Bank Standard" QSC-dir.

Müəllif: Elmir Murad