Ötən il Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

10:45 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, ixracın 41,2 faizini İtaliyaya, 12,8 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,8 faizini Xorvatiyaya, hər biri 3,0 faiz olmaqla Hindistan, Gürcüstan və Portuqaliyaya, 2,8 faizini İspaniyaya, hər biri 2,4 faiz olmaqla Almaniya və Tunisə, 2,3 faizini Ukraynaya, 1,7 faizini Birləşmiş Krallığa, 1,6 faizini Yunanıstana, 1,5 faizini Belarusa, 1,3 faizini İsveçrəyə, hər biri 1,1 faiz olmaqla Kanada və Çexiyaya, 6,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Bütün xəbərlər