Azərbaycanda valyuta hərracında tələb artıb

12:40 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, yanvarın 18-də valyuta hərracında $116,4 mln satılıb ki, bu da ötən hərracda olduğundan $19,5 mln (20,12%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $116,4 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərrac nəticəsində manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər