Bu şəxslər üçün Qarabağa tur səfərləri pulsuz olacaq - Detallar

14:10 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi Qarabağa avtobus səfərlərinin təşkili barədə brifinq keçirilib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov bəzi detallara aydınlıq gətirib.

O qeyd edib ki, şəhid ailələri, Milli Qəhrəmanlara biletlər pulsuz olacaq:

“Digər vərtəndaşlar isə elektron sistemin imkanlarından istifadə edərək sistemə daxil olub bilet ala bilərlər. Həmçinin 60 yaşdan yuxarı olan şəxslərə üstünlük veriləcək. Ümumiyyətlə, heç kimə qadağa yoxdur, hər kəs istifadə edə bilər”.

 

Bütün xəbərlər