Büdcədə kəsir yaranıb - 993 milyon manatdan çox

15:56 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. 2021-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 26 419,1 milyon manat, xərcləri isə 27 412,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bunlar 2020-ci illə müqayisədə müvafiq olaraq 7% və 3,8% çoxdur.

Son nəticədə büdcədə 993,7 milyon manat kəsir yaranıb.

Bütün xəbərlər