18.01.2022,17:21
18 yanvar, Fineko/abc.az. 2021-ci ildə istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 1 milyon 885,4 min tonunu və yaxud 56,1 faizini buğda təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə hesabatında bildirilir.
Qeyd edilib ki, buğdanın məhsuldarlığı 32,9 sentner olub.
Bundan əlavə, 1 milyon 62 min ton və ya 2020-ci ilə nisbətən 2,3 faiz çox kartof, 1 milyon 815,5 min ton (4,4 faiz çox) tərəvəz, 459,9 min ton (2,6 faiz çox) bostan məhsulları, 1 milyon 204,9 min ton (6,3 faiz çox) meyvə və giləmeyvə, 209,8 min ton (0,9 faiz çox) üzüm, 1177,7 ton (26,4 faiz çox) yaşıl çay yarpağı, 25,8 min ton (4,2 faiz çox) günəbaxan, 286,7 min ton (14,9 faiz az) pambıq, 193,2 min ton (23,7 faiz az) şəkər çuğunduru və 6,4 min ton (7,7 faiz az) tütün yığılıb.
Dünyada ərzaq, xüsusən taxıl böhranı güclənir. Bir çox dövlətlər xeyli taxıl depolayıb. Bizdə də, ərzaq təhlükəsizliyi tələbi ilə 1 milyon tona yaxın (ən azı 800 min ton) taxıl ehtiyatı olmalıdır. Lakin hazırda ehtiyatın nə qədər olduğu haqda heç bir məlumat yoxdur.
20.05.2022,12:33
27 May 2022 | 17:11
27 May 2022 | 16:58
27 May 2022 | 16:55
27 May 2022 | 16:40
27 May 2022 | 16:25
27 May 2022 | 15:57
27 May 2022 | 15:53
27 May 2022 | 15:43
27 May 2022 | 15:33
27 May 2022 | 15:06
27 May 2022 | 14:54
27 May 2022 | 14:50
27 May 2022 | 14:30