OPEC Azərbaycanla bağlı proqnoz verdi - Neft hasilatımız azalıb

17:33 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

ABC.AZ xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 740 min barel səviyyəsində olub, bu da əvvəlki proqnozdan 10 min barel azdır.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 820 min barel səviyyəsində olacaq (bu, dekabr ayında verilən proqnoz göstəricisinə bərabərdir).

Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

 

Bütün xəbərlər