Neft bahalaşır, Brent barrel başına $88,43 təşkil edir

19.01.2022,09:20


19 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarətdə artır.

Saat 9:05-də London ICE Futures birjasında baş tutan hərracda Brent neftinin mart fyuçersi $0,92 (1,05%) - barrel başına $88,43-ə yüksəldi. Yanvarın 18 - də ticarət nəticələrinə görə, Brent-in mart fyuçersinin qiyməti $1,03 (1,19%) – barrel başına $87,51-ə yüksəldi.

Saat 9:05-də Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $1,04 (1,22%) - barel başına $86,47-ə qədər artıb. Yanvarın 18 - də keçirilən hərracların nəticələrinə görə, WTI-nin fevral fyuçerslərinin qiyməti 1,00 (1,18%) artaraq barrel başına $85,43 təşkil edib.