Dövlət Neft Fondunun gəlirləri və xərcləri açıqlanıb

10:37 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. Ötən ilin yekunlarına əsasən, Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 milyard ABŞ dollarını üstələyib və fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard ABŞ dolları təşkil edib (sözügədən gəlirlərin 8,9 milyard ABŞ dolları həcmindəki hissəsi son 10 ildə əldə edilib).

Neft Fondundan ABC.AZ-a verilən məlumata görə, 2021-ci il ərzində fondun büdcə gəlirləri 15 milyard 985,6 milyon manat, büdcə xərcləri isə 11 milyard 382,7 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər