Azərbaycanda ÜDM-in nominal həcmi 90 milyard manatı ötüb - Nazir yazdı

19.01.2022,11:14


19 yanvar, Fineko/abc.az. Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 93 milyard manata çatıb və bu, 2019-cu illə müqayisədə 11 milyard manatadək çoxdur.

ABC.AZ xəbər verir ki, bunu Tvitter səhifəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.

Nazir qeyd edib ki, 2020-ci ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb.

Mikayıl Cabbarov dünən Tvitter səhifəsində yazmışdı ki, pandemiyanın davam etdiyi şəraitdə postmüharibə dövrü olan 2021-ci ildə  qeyri-neft sektoru üzrə ÜDM-in artım tempinin 7%-dən çox olması mühüm nailiyyətdir.

Sonuncu dəfə bu göstərici 2014-cü ildə 7%-ə çatıb.