"Azeri Light" markalı neftin qiyməti barel başına $90-dan çox təşkil etdi

11:15 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. CIF  tədarükü şərtləriilə "Azeri Light" markalı Azərbaycan yüngül neftinin qiyməti $0,72 dollar artaraq barrel başına $90,56-a çatıb.

"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, digər neft növlərinin qiymətləri dəyişdikdə Azərbaycan yüngül neftinin dəyəri də dəyişir.

"Azerı Light"ın yüngül və aşağı kükürdlü neft növlərinə aid olduğunu nəzərə alaraq, Brent ilə  müqayisədə mükafatla satılır və daha bahalıdır.

Çərşənbə axşamı ticarətin sonunda  Brent-in qiyməti bir barelə $85,43  idi.

 

 

Bütün xəbərlər