Gürcüstanda bu şəxslərə 1000 lari yardım veriləcək

15:01 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. Gürcüstanın Acarıstan bölgəsində yaşı 100-dən yuxarı olan 44 nəfər yaşayır.

ABC.AZ-ın məlumatına görə, Gürcüstan hökuməti sözügedən şəxslərlə bağlı yeni qərar qəbul edib.

Belə ki, bundan sonra onların hər birinə 1000 lari məbləğində birdəfəlik yardım veriləcək.

Qeyd edək ki, bu ilin sonunadək daha 9 nəfərin 100 yaşı olacaq və onlar da 1000 lari birdəfəlik yardım verilməsi nəzərdə tutulur.

 

Bütün xəbərlər