Azərbaycanın sığorta bazarı böyüyüb - 15 faizdən çox artıb

15:12 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. 2021-ci il ərzində Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 843 milyon 897 min manat məbləğində sığorta haqqı toplanılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Mərkəzi Bankının məlumatına görə, bu, 2020-ci ili ilə müqayisədə 15,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 458 milyon 726 min manat təşkil edib.

Bu isə illik müqayisədə 1,4% azdır. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,4 manatı ödəniş edilib. 2020-ci ilin eyni dövründə bu göstərici 63,8 manat olub.

 

Bütün xəbərlər