“Atəşgah” Sığorta Şirkətinin sədr müavini vəzifəsindən çıxdı - Səbəb

15:24 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. “Atəşgah” Sığorta Şirkətində işdən ayrılma baş verib.

ABC.AZ-ın məlumatına görə,  İdarə Heyətinin Sədr müavini İsmayılov Fuad Faiq oğlu vəzifəsindən ayrılıb. 

O, 2012-ci ildən “Atəşgah” Sığorta Şirkətində müxtəlif vəzifələr - daxili auditor, biznesə dəstək şöbəsinin müdiri, son  6 ildə isə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədr müavini vəzifəsini tutub.

Qeyd edək ki, sözügedən şəxs övlət qulluğuna dəvət olunması ilə əlaqədar işdən ayrılıb.

 

Bütün xəbərlər