“AZAL” yay mövsümündə Tel-Əvivə uçuşların sayını artıracaq

15:40 - 26.04.2018


26 aprel, Fineko/abc.az. Qarşıdan gələn  yay mövsümündə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Tel-Əviv üzrə reyslərin sayını artıracaq.

“AZAL”dan veriən məlumata görə,uçuşların sayı 2-dən 5-dək artırılacaq.

“Yay mövsümü ilə əlaqədar “AZAL”ın İsrailə həyata keçirilən uçuşlarının sayını iyunun 10-dan oktyabrın 25-nə qədər 5-ə qaldırılacaq”, - məlumatda belə deyilir.

Yay mövsümündə bir uçuş həftənin çərşənbə axşamı günləri, iki uçuş isə cümə axşamı  və bazar günləri yerinə yetiriləcək.

Hal-hazırda aviaşirkət, Bakı-Tel-Əviv marşrutu üzrə uçuşları həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirir.

 

Bütün xəbərlər