Azərbaycanda 1151 yoluxma halı qeydə alınıb

16:59 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa (COVİD-19) yoluxma ilə bağlı 1151 yeni hal aşkar edilib, 543 nəfər müalicə olunub, 9 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının sayı 628166 olub, onlardan 610023 nəfəri müalicə olunub, 8550 nəfəri dünyasını dəyişib.

Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkarlanması üçün 9344 test keçirilib, ötən müddət ərzində 6 028 671 test keçirilib.

 

Bütün xəbərlər