SOCAR qaz ixracını 40% artırıb - Hesabat

17:26 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. 2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci llə müqayisədə 1% çox - 18,1 milyon ton neft ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-ın ötənilki əsas istehsalat göstəricilərinə əsasən bildirilir.

Məlumata görə, bura şirkətin öz imkanları ilə çıxardığı neftlə birlikdə ölkəmizdəki beynəlxalq konsorsiumların hasil etdiyi neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payları da aiddir.

Ötən il SOCAR-ın təbii qaz ixracı isə 40% artaraq 18,8 milyard kubmetrə çatıb.

 

Bütün xəbərlər