Dövlət Neft Fonduna nə qədər məbləğdə vəsait daxil olub?

12:21 - 21.01.2022


21 yanvar, Fineko/abc.az. Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 12 milyard 200 milyon manat məbləğində transfertə qarşı 11 milyard 350 milyon manat məbləğində transfert daxil olub.

Maliyyə Nazirliyindən ABC.AZ-a daxil olan məlumatda bildirilir ki, hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika və xərclər üzrə ilin sonuna gözlənilən icra göstəriciləri Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 850 milyon manat və ya 7 faiz az istifadə olunmasına imkan verib.

 

Bütün xəbərlər