Azərbaycan prezidentinin Böyük Britaniyaya səfəri başladı

26.04.2018,15:58


26 aprel, Fineko/abc.az. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri başladı.

Bu gün prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə "Şahdəniz" layihəsi ilə bağlı aparılan işlərlə, həmçinin TANAP layihəsinin bu ilin iyun ayında açılışı barədə fikir mübadiləsi aparılmışdır. “Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilmişdir.

Görüş zamanı Azərbaycanla BP arasında uzun illərdir davam edən qarşılıqlı əməkdaşlıq səviyyəsi ilə məmnunluq bildirildi.

 

Açar sözlər: İlham Əliyev Dadli