Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşüb

15:59 - 26.04.2018


26 aprel, Fineko/abc.az. Böyük Britaniyaya səfəri çərçivəsində Azərbaycan prezidenti bir sıra görüşlər keçirib.

Bu gün prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri Baronessa Rona Feyrhed ilə görüşüb.

Görüşdə tərəflər, ikitərəfli əlaqələrin inkişafı, xüsusilə də qarşılıqlı investisiya, işgüzar münasibətlər və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.

 

Bütün xəbərlər