"Netflix"in abunəçiləri də, səhmləri də azaldı - Hesabat

21.01.2022,15:07


21 yanvar, Fineko/abc.az. 2021-ci ilin dördüncü rübündə "Netflix" striminq xidmətinə ödənişli abunə olanların sayı şirkətin proqnozlarından az olub.

ABC.AZ-ın məlumatına görə, şirkətin maliyyə hesabatında üçüncü rübdən sonra 2021-ci ilin sonuna kimi ödənişli "Netflix" abunəçilərinin sayının 222,06 milyon nəfər olacağını proqnozlaşdırmışdı.

Bununla belə, hesabata əsasən, dördüncü rübdə ödənişli abunəçilərin sayı 221,84 milyon olub.

Eyni zamanda, şirkət bu ilin birinci rübündə ən azı 2,5 milyon insanın abunə olacağını gözləyir. Rüblük hesabatın dərci fonunda Nyu-York Fond Birjasında "Netflix" səhmlərinin dəyəri 20 faiz ucuzlaşıb.