OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycana səfər edəcək

16:21 - 26.04.2018


26 aprel, Fineko/abc.az. Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun Azərbaycana səfəri gözlənilir.

“Beynəlxalq Xəzər Neft və Qaz Konfransı” - oilgasconference.az  saytının məlumatına görə, Məhəmməd Barkindo mayın 30-31-də Bakıda keçiriləcək “Caspian Oil & Gas” beynəlxalq konfransında iştirak edəcək.

Konfransın proqramına əsasən, OPEC-in baş katibi plenar sessiyaya “Neft və qaz sənayesinin qlobal və iqtisadi perspektivləri - neftin qiyməti və böhran şəraitində imkan” mövzusunda çıxış edəcək.

 

 

Bütün xəbərlər