21.01.2022,16:47
21 yanvar, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.
abc.az xəbər verir ki, görüşdə şirkətlər tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” layihəsinin gedişi, eləcə də “Dan Ulduzu-Əşrəfi-Aypara” perspektivli strukturlarında kəşfiyyat qazması işlərinin planlaşdırılması məsələləri müzakirə olunmuşdur.
Bildirilmişdir ki, “Aypara” strukturunda aparılmış seysmik kəşfiyyat işləri burada sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarının olmasına yüksək ehtimal verməyə əsas verir. Görüşdə həmçinin şirkətlərin əməkdaşlıq etdiyi digər sahələr, o cümlədən, “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar bloku ilə bağlı fikir mübadiləsi aparılmış, əməkdaşlığın perspektivlərindən danışılmışdır.
Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş “Statoil”) və SOCAR Azərbaycanda “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun, “Qarabağ” yatağının işlənilməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili layihələri üzrə əməkdaşlıq edirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənilməsinə dair Risk Xidməti Sazişi imzalamışlar.
19 May 2022 | 17:30
19 May 2022 | 17:24
19 May 2022 | 17:11
19 May 2022 | 16:53
19 May 2022 | 16:44
19 May 2022 | 16:36
19 May 2022 | 16:30
19 May 2022 | 16:19
19 May 2022 | 16:06
19 May 2022 | 15:56
19 May 2022 | 15:55
19 May 2022 | 15:39
19 May 2022 | 15:27
19 May 2022 | 15:13
18 May 2022 | 15:09
18 May 2022 | 14:55
18 May 2022 | 15:38
18 May 2022 | 14:45
18 May 2022 | 15:25
18 May 2022 | 15:18
18 May 2022 | 15:29
18 May 2022 | 15:55
18 May 2022 | 16:34
18 May 2022 | 16:03