Neft bahalaşır, Brent barrel başına $88,73 təşkil edir

24.01.2022,09:50


24 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi ticarətdə artır.

Saat 9: 30-da London ICE Futures birjasında baş tutan hərracda Brent neftinin mart fyuçersləri $0,84 (0,96%) - barrel başına $88,73-ə yüksəldi. Yanvarın 21 - də ticarət nəticələrinə görə, Brent-in mart fyuçersinin qiyməti $0,49 (0,55%) – barrel başına $87,89-a düşüb.

Saat 9 : 30-da, Nyu - York ticarət birjasında (NYMEX) WTI-nin mart ayına fyuçersi $0,73 (0,86%) - bir barelə $85,87-a yüksəldi. Yanvarın 21 - də ticarət nəticələrinə görə, WTI-nin mart fyuçersinin qiyməti bir barrelə $0,41 (0,48%) - $85,14-ə düşüb.