Xaricdəki əmlaklar müsadirə ediləcək - Baş prokurordan açıqlama

12:30 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi prosesinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, ötən il xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində aktivlərin aşkarlanması və izlənməsi sahəsində görülən tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyənləşdirilməklə faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib.

“Eyni zamanda, xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılıb”, - Baş prokuror vurğulayıb.

 

Bütün xəbərlər