Əhalimizin banklara bu qədər borcu var - Problemli kreditlərin həcmi açıqlanıb

15:41 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719,4 milyon manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, Mərkəzi Bankının statistikasına görə, bu, dekabrın 1-i ilə müqayisədə 8,5% azdır. Son 1 ildə isə ölkədə problemli kreditlər 19,45% azalıb.

Dekabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 4,2% təşkil edib. Bu nisbət noyabrın sonuna 4,7%, əvvəlki ilin sonuna isə 6,1% olub.

 

Bütün xəbərlər