ABA və “Deloitte” şirkəti bank nümayəndələri üçün seminar keçirib

26.04.2018,17:20


26 aprel, Fineko/abc.az. Dünən, aprelin 25-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri və Qrupa üzv olmayan digər bankların məsul şəxləri üçün seminar keçirilib.

Seminar “Fatca və CRS üzrə praktiki məsələlər” mövzusunda,“Deloitte Azərbaycan” şirkətinin eksperti tərəfindən təqdim edilib.

“Deloitte Azərbaycan” və Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Vergi üzrə direktor Emil Qarayev Azərbaycanda Ümumi Hesabat Standartının tətbiqi praktiki aspektləri ilə bağlı təqdimat keçirib.

Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.